"Bu heyətlə edə bilməyəcəyimiz yoxdur"


İtaliya millisinin ötən gecə Avro-2020-nin 1/4 finalında Belçika ilə matçda (2:1) zədələnən futbolçusu Leonardo Spinazzola həmin oyun haqqında fikirlərini bölüşüb.


Qol.az xəbər verir ki, 28 yaşlı müdafiəçi öz İnstaqram hesabında yazıb:


"Təəssüf ki, dünənki qarşılaşmanı necə başa vurduğumu bilirik. Amma xəyalımız yaşayır. Bu heyətlə edə bilməyəcəyimiz heç nə yoxdur. Sizə deyə bilərəm ki, tezliklə meydanda olacağam! Bundan əminəm!"


Qeyd edək ki, Spinazzolanın 1 il yaşıl meydanlardan kənarda qala biləcəyi haqda xəbərlər yayılıb.

0 comments