top of page

“Bu hisslər üçün darıxmışdıq”

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/4 finalının “Benfika” ilə cavab matçından sonra (3:3) açıqlama verib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qələbəyə layiq olduqlarını deyib:


“Çox xoşbəxtik. Klubumuzun hər bir üzvü üçün vacib axşam oldu. Bizimlə görüşə qədər 8 ay ərzində cəmi iki matçda məğlub olan çox ciddi rəqibə qarşı möhtəşəm oynadıq. Qələbəyə və növbəti mərhələyə çıxmağa layiq idik. Arzuladıq və məqsədimizə çatdıq.


Futbolçularımın adına da xoşbəxtəm. “Bayern” və “Barselona”nın da olduğu çox çətin qrupa düşmüşdük, amma özümüzü yaxşı tərəfdən göstərə bildik. Azarkeşlərlə birlikdə bunu bacardıq. Onlar bizə çox kömək etdilər. “İnter”də uzun illər idi ki, həmin anlar üçün darıxmışdıq”.


İki görüşün nəticəsinə əsasən, Milan təmsilçisi Portuqaliya klubu 5:3 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.


Növbəti mərhələdə onların rəqibi “Milan” olacaq.

0 comments

Recent Posts

See All

Comments


bottom of page