top of page

Bu ingilis klubları "Barselona"nın oyunçusunu transfer etmək istəyirlər

İngiltərənin “Arsenal” və “Nyukasl” klubları “Barselona”nın 19 yaşlı oyunçusu Baldenin transferində maraqlıdırlar.


90plus.az “ESPN”ə istinadən xəbər verir ki, “Nyukasl” və “Arsenal” Baldenin vəziyyətini izləyirlər


Belə ki, əgər “Barselona” klubu oyunçu ilə yaydan əvvəl yeni müqavilə imzalamasa, ingilis klubları transfer üçün işə başlamağa hazır olduqlarını bildiriblər.


Qeyd edək ki, Baldenin müqaviləsi 2024-cü ildə başa çatır və “Barsa” sol cinah müdafiəçisini bu mövsüm əsas komandadakı çıxışlarına görə mükafatlandırmaq üçün yeni uzunmüddətli müqavilə imzalamaq istəyir. Onun agenti Xorxe Mendes ilə danışıqların yaxşı getdiyi bildirilir, lakin klubun çətin maliyyə vəziyyəti anlaşmanı ləngidir.



0 comments
bottom of page