top of page

Bu klub Depayı transfer etməyi düşünmür

“Nyukasl” klubu yazılanların əksinə olaraq, “Barselona”nın hücumçusu Memfis Depayı transfer etməyi düşünmür.


90plus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırda 28 yaşlı futbolçu üçün kataloniyalılarla danışıqlar aparmır. Niderlandlı futbolçunun taleyinə qış transfer pəncərəsində aydınlıq gələcək.

Depay 2021-ci ilin iyulunda “Barselona”ya keçib. O, Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 41 matçda 14 qol vurub.


O, Niderland millisinin heyətində DÇ-2022-də çıxış edib. Depay mundialda 5 matçda iştirak edib və 1 qol vurub.



0 comments

Recent Posts

See All
bottom of page