top of page

Bu klub Joao Feliks üçün 4 milyon avro təklif etdi

“Mançester Yunayted” “Atletiko”nun portuqaliyalı hücumçusu Joao Feliksi 2022/2023 mövsümünün sonuna qədər icarə əsasında transfer etmək üçün danışıqlar aparır.


90plus.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.


MY artıq “Atletiko”ya ilk təklifi edib. İngilislər Feliksin mövsümün sonuna qədər icarəsi üçün 4 milyon avro təklif ediblər. Madrid klubu isə bu keçiddən 12-13 milyon avro qazanmaq istəyir.


Futbolçu ilə “Arsenal” klubu da maraqlanır.

Məlumatda bildirilir ki, “Atletiko” təklif olunan şərtlərdən razı qalmasa, Felikslə ayrılmaq fikrində deyil.



0 comments
bottom of page