Bu klublar ÇL-dan kənarlaşdırılacaq


90plus.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin üzvü Yesper Meller Avropa Superliqasına qatılacaq komandaların cümə günü Çempionlar Liqasından kənarlaşdırılacağını bildirib.


Bu barədə o, "DR Sport"a açıqlamasında deyib. Danimarka Futbol Federasiyasının prezident Meller bildirib ki, "Real", "Manchester City" və "Chelsea" turnirdən kənarlaşdırılır:


"Bununla bağlı qərarın cümə günü açıqlanacağını gözləyirəm. Bütün 12 klubun da Avropa kuboklarından uzaqlaşdırılması ilə bağlı gözləntim var. Sonra Çempionlar Liqasının necə bitəcəyini görəcəyik".

0 comments