"Bu klubun əfsanəsi olmaq istəyirəm!"



"90plus" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycanın ən böyük klubuna gəldiyi üçün çox xoşbəxt olduğunu deyib:


"Bura gəlməmişdən əvvəl “Qarabağ” barədə məlumatım var idi. Bilirəm ki, yeni komandam mütəmadi Avropa kuboklarında çıxış edir. Mən də komandamın uğurlarında pay sahibi olmaq arzusundayam. “Koritiba” klubunun yetirməsiyəm. Kumirim Aleks de Souzadır. Aleks Türkiyədə olduğu kimi, Azərbaycanda da çox sevilir. Onun adını əbəs yerə çəkmədim. Aleks necə bir klubun əfsanəsinə çevrilibsə, mən də kumirim kimi “Qarabağ”ın əfsanəsi olmaq istəyirəm".

Kadi Yuri Borqes Malinovski azarkeşlərin onu həddindən artıq isti qarşıladığını bildirib: "Sosial şəbəkədə xoş sözlər yazırlar. Hamısına cavab yaza bilməmişəm və fürsətdən istifadə edib, onların hər birinə təşəkkür edirəm. Onların sevimli futbolçusu olacağıma inanıram. Ümid edirəm ki, azarkeşlərimizlə stadionda tezliklə görüşəcəyik!”.

0 comments