"Bu komandada olmaqdan məmnunam"

"Bu komandada olmaqdan məmnunam. "Qarabağ"ın təklifi konkret idi və transferim üçün hər şeyi etdilər".



90plus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Uroş Matiç "Telegraf.sr" saytına açıqlamasında deyib.


DD

Serbiyalı yarımmüdafiəçi Ağdam klubunda debütünü səbirsizliklə gözlədiyini bilidirib: "Qarabağ" mənə daha böyük diqqət göstərdi. Yaxşı təşkilatlanmış komandadır. Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həm çempionatda, həm də avrokuboklarda yaxşı nəticələrimiz olacaq".

Qeyd edək ki, "Qarabağ" Danimarkanın "Kopenhagen" klubundan transfer etdiyi Uroş Matiçlə 2+1 illik müqavilə bağlayıb.

0 comments