top of page

Bu müdafiəçilər PSJ-nin hədəfindədir

“Mançester Siti”nin müdafiəçisi Emerik Laport və “Bayern”in arxa xətt oyunçusu Lukas Hernandes PSJ-nin hədəfindədir.


90plus.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, parislilər yay transfer pəncərəsi zamanı komandanı gücləndirə biləcək solaxay mərkəz müdafiəçisi axtarışındadır. Paris klubu Serxio Ramosun gələcəyi ilə bağlı qeyri-müəyyənlik və Presnel Kimpembenin zədələnməsi səbəbindən müdafiə xəttini gücləndirmək istəyir.


PSJ Liqa 1-də 32 turdan sonra 75 xalla ikinci yerdə qərarlaşan “Marsel”i 8 xal qabaqlayır.



0 comments
bottom of page