“Bu məğlubiyyət bizim üçün dönüş nöqtəsi olmalıdır” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasında “Bayern”ə qarşı keçirdikləri oyunu şərh edib.

90plus.az xəbər verir ki, “Marca”ya danışan ispan mütəxəssis, 0:3 hesabıyla bitən oyunla bağlı bunları deyib:


“Bayern” oyunda üstün tərəf oldu. Dominantlıq etmək istəsək də, alınmadı. Biz “Barselona”yıq, daha çox çalışmalıyıq. Bu məğlubiyyət bizim üçün dönüş nöqtəsi olmalıdır.


Real olmalıyıq, hazırkı vəziyyətimiz ortadadır. Qəzəblənirəm, amma reallığı görməliyik. Etiraf etməliyik ki, vəziyyət belədir. Başqa yolumuz yoxdur. Bu gün yeni mərhələ başlayır və biz sıfırdan başlayırıq. Məqsədimiz Avropa Liqası yox, Çempionlar Liqasıdır. Çox çalışmalıyıq”.

0 comments

Recent Posts

See All

İngiltərənin "Hall Siti" futbol komandasına yeni baş məşqçi təyin olunub. 90plus.az xəbər verir ki, gürcüstanlı Arveladze 2,5 illik müqavilə bağlanılıb. 48 yaşlı baş məşqçinin son iş yeri Özbəkistan