
"Sabah çətin və vacib matça çıxacağıq. Konfrans Liqasının bu mərhələsində asan rəqib yoxdur. Oyun bizim üçün vacibdir. Sabaha qədər bir məşqimiz var. "Gent"ə qarşı yaxşı mübarizə aparmağa çalışacağıq".
90plus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"i ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki. sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Belçikada olacaq.