top of page

"Bu matç böyüməyimiz üçün fürsət idi" - Qurban Qurbanov


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra açıqlama verib.


90plus.az həmin açıqlamanı təqdim edir.

"Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu gün nəticə, oyun öz yerində, meydanda sona qədər mübarizə aparan komanda görmək istəyirdim. Bunu da gördüm. Böyük təşəkkürümü onlara bildirdim. Bu gün azarkeşlərimiz bu cür soyuq havada, sizlər gecənin bu vaxtında yanımızdasız. Pley-off mərhələsində ilk qələbəmiz idi. Bu, gələcək üçün vacib idi. Futbolçular üçün də, klub üçün də çox önəmli idi. İkinci matçın nəticəsindən asılı olmayaraq belədir. Dinamik, bərk komandaya qarşı oynayırdıq. Belə rəqiblərə qarşı oynamaq hər zaman xoşdur. Öz meydanlarında nə etmək istədiklərini yaxşı bilirdilər. Çox sürətli idilər. Belə komandalara qarşı oynamaq, böyümək üçün fürsətdir, şansdır. Bu şansdan istifadə etdik. Belə rəqibə qarşı sona qədər dözürüksə, futbolçularda inam çoxalır. Klubun böyüməsi baxımından çox önəmli oyun idi. Cavab matçı var. Qarşıdakı vaxtda bu matçı analiz edib, hazırlaşacağıq".

0 comments
bottom of page