top of page

“Bu nüfuzlu mükafatı almaqdan şərəf duyuram” – Haland

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında ilin oyunçusu mükafatını alması ilə bağlı təəssüratlarını bölüşüb.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli futbolçu mükafat üçün şərəf duyduğunu bidirib:


“Mən bu nüfuzlu mükafatı almaqdan şərəf duyuram. Rəqibləriniz tərəfindən tanınmaq böyük hissdir və mənə səs verən hər kəsə təşəkkür etmək istəyirəm. Komanda və şəxsən mənim üçün unudulmaz bir mövsüm oldu. Titullar qazanmaq heç təsəvvür etmədiyim bir şey idi, ona görə də, buna nail olmaq heyrətamiz idi. Ötən mövsümdən inanılmaz xatirələrimiz var, amma bu il də eyni şeyi etmək istəyirik. Mövsümə yaxşı başladıq və eyni ruhda davam etməliyik”.


Norveçli hücumçu 2022/23 mövsümündə “şəhərlilər”in heyətində 53 oyunda çıxış edib, 52 qol vurub və 9 məhsuldar ötürmə edib.

0 comments
bottom of page