top of page

"Bu nəticəni möhtəşəm hesab edirəm" - Qvardiola


“Çempionlar Liqasında çox yaxşı matç oldu, yüksək səviyyəli komandalar qarşılaşdı. 55-60 dəqiqə oyun bərabər səviyyədə keçdi. Rodri möhtəşəm qol vurdu, lakin Musiala və Qnabrinin oynadığı cinahlara nəzarət edə bilmədik".

90plus.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.



"İkinci hissənin ilk 5-15 dəqiqəsində rəqib daha yaxşı oynadı və qol imkanları yaratdı. Amma bundan sonra biz bir neçə şeyi dəyişdik və matçın qalan hissəsində daha güclü göründük" - deyə o bildirib.

Mütəxəssis 3:0 hesablı nəticəni möhtəşəm hesab edib: "Amma Münhendə oynamağın nə demək olduğunu bilirəm. Rəqibin ustalığından əziyyət çəkməmək və uğur qazanmaq üçün yeni nəsə fikirləşməliyik”.

0 comments

Comentários


bottom of page