top of page

Bu oyunçular mövsümün sonunda "Arsenal"ı tərk edə bilər

“Arsenal” 2022/23 mövsümü sona çatdıqdan sonra heyətini yeniləmək fikrindədir.


90plus.az “Football London”-a istinadən xəbər verir ki, paytaxt klubu 14 futbolçu ilə yollarını ayırmağı planlaşdırır. Komandanı adları aşağıda qeyd olunan oyunçular tərk edə bilər:


Qranit Caka, Tomas Parti, Rob Holdinq, Emili Smit-Rou, Nikolas Pepe, Ensli Meytlend-Naylz, Kiran Tirni, Riss Nelson, Çarli Patino, Folarin Baloqun, Pablo Mari, Albert Sambi Lokonqa, Nuno Tavares, Sedrik Soareş.


“Topçular” hazırda Premyer Liqanın turnir cədvəlində 81 xalla ikinci pillədə qərarlaşıb. Onlar ölkə çempionatının 37-ci turunda “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib. “Şəhərlilər” ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.



0 comments

Comments


bottom of page