"Bu oyunda "Bazel" üçün müəyyən maneələrin olması mümkündür"


"Azərbaycanda çox maraqlı təcrübə yaşadım. Kiçik Qəbələ şəhərində yaşayırdım və orada da oynayırdım. Bir ərzaq mağazası və beşulduzlu otel var idi. Bu oteldə bütün əcnəbi futbolçularlar yaşayırdı. Ətrafdakı hər yer məşq meydançası idi". 90plus.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin sabiq futbolçusu Daniel Subotiç deyib. O, "Azərbaycandan özünüzlə nə götürdünüz" sualını belə cavablandırıb: "Kiçik şeylərdən razı qala bilərəm. Üstəlik, bu ölkədə zəif cəhətlərim, fiziki görkəmim üzərində çox çalışdım. Hələ də bunlardan əl çəkməmişəm". Subotiç "Qarabağ"ın bu gün UEFA Konfrans Liqasında qarşılaşacağı "Bazel" haqqında da danışıb: "Bu oyunda "Bazel" üçün müəyyən maneələrin olması mümkündür. Qalan hər şey məni təəccübləndirə bilər. Azərbaycandakı futbolçular texniki cəhətdən çox yaxşıdır. Hətta "Bazel"in heyətindəki hər bir oyunçuya nəzərən fərdi baxımdan yaxşı olanları da var"

0 comments