"Bu oyunda qələbə qazanmalıyıq"

“Çox sevindirici haldır ki, millimiz ötən oyun Belarusiya üzərində qələbə qazandı”.

90plus.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Vüqar Nadirov açıqlamasında deyib. “Yoldaşlıq görüşü olmasına baxmayaraq, qələbə çox vacibdir. Ötən oyun Belarusa qalib gəlməyimiz qarşıda gələn yoldaşlıq və rəsmi oyunlar üçün gözəl motivasiya olacaq. Növbəti oyunların hər birindən qələbə gözləyirəm.

V. Nadirov Moldova ilə görüşlə də bağlı fikirlərini bölüşüb: “Axşam millimiz Moldova ilə görüşə çıxacaq. Onlara uğurlar arzulayıram. Bu görüşdə maksimum çalışıb, qələbə qazanmalıyıq. Hər qalibiyyət reytinqimizi yüksəldir. Millimizin yeni baş məşqçisi var, yeni komanda qurub. Ona vaxt lazımdır. Ümid edirəm zamanla hər şey yaxşı olacaq”.

0 comments