"Bu penalti idisə, Qəbələdəki nə idi?"


"7 oyun idi ki, uğurlu seriyamız var idi. Bu oyuna da böyük ümidlərlə hazırlaşmışdıq. “Neftçi” və “Qarabağ” kimi komandalarla matçlarda daha müdafiəyəmeyilli oynamağa çalışırsan. Amma həmin heyətlə öz oyunumuzu oynamağa çalışdıq. İlk hissəni uğursuz keçirdik. Rəqibə qol vurmaq imkanı verdik. Halbuki uzun müddətdir ki, “Qarabağ” həmin kombinasiyanı yerinə yetirir. Ruhdan düşmürdük".

90plus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.




"Penaltidən sonra oyunun nəticəsi bəlli idi. Futbolçular mübarizə aparırdılar. Amma “Qarabağ”la matçda 0:2 hesabı ilə geridəsənsə, ondan sonra oyunu dəyişmək çətin olur. “Qarabağ” elə ondan sonra daha rahat oynamağa başladı. Oyunu çevirmək mümkün deyildi. Nəticədə 0:3 hesabı ilə uduzduq. Uğurlu qrafikə görə komandaya təşəkkür edirəm. Hər oyunda da qalib gəlmək mümkün olmur. Gərək, həmin gün şanslı da olasan . Qış fasiləsindən sonra ən yaxşı “Qarabağ”ı gördük. “Qarabağ” böyük istəklə oynayırdı. İlk dəqiqədən 90-cı dəqiqəyə kimi eyni davam etdilər. Belə olan halda daha ciddi müqavimət göstərməlisən. Təəssüflər olsunki, bunu edə bilmədik" - deyə o bildirib.

0 comments