"Bu qədər yaxşı oyun gözləmirdim"- Tərlan Əhmədov

Updated: Dec 7, 2019

"İtkilərə baxmayaraq, komandadan mübarizəli oyun gözləyirdim. Bu qədər gözəl oyuna inanmırdım. Üç əsas oyunçumuz yox idi. Nəticədən çox oyun və Xəzər Mahmudovun debüt matçında yaxşı mübarizəsi məni sevindirdi. Yolumuza davam edirik. Vacib xal qazandıq. Fasiləyə yaxşı əhval-ruhiyyədə getmək istəyirdik. Buna nail olduq. Futbolçular və azarkeşləri təbrik edirəm. Gözəl mübarizə apardıq".

90plus.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 14-cü turunda "Qarabağ"la heç-heçə etdikləri oyundan (2:2) sonra deyib.

0 comments