Bu qələbə ümidlərimizi davam etdirməyə imkan verdi” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasında Kiyev “Dinamo”suna (Ukrayna) qarşı keçirdikləri oyunu şərh edib.

90plus.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Kuman, 1:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:


“Bu qələbə ümidlərimizi davam etdirməyə imkan verdi. Qələbə sayəsində şanslarımız yenidən yarandı. Məqsədimiz üç xal qazanmaq idi. Demək olar ki, “Dinamo”nun təhlükəli vəziyyəti olmadı. Buna baxmayaraq, qarşımızda yaxşı komanda var idi. Ümumi götürsək, biz də maksimum performansımızı sərgiləyə bilmədik.


Qarşıda “Real”la vacib oyun var. Belə bir oyundan əvvəl qələbə qazanmaq vacib idi.

Komandanın əsas hücumçusu olmayanda, qol vurmaq da çətin olur. Ansu Fati uzun müddət sonra yaşıl meydanlara qayıdıb və hələ formasını tam yığmağa vaxt lazımdır”.

0 comments