“Bu Ronaldo fərqlidir"

"Mançester Yunayted"in keçmiş müdafiəçisi Qari Nevill hücumçu Kriştiano Ronaldonun İngiltərə klubuna qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

90plus.az "Sky Sports"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Fantastik xəbərdir. Bu nostaljidir, amma futbolda həmişə işləmir. Ancaq Ronaldonun "Mançester Siti"yə keçə biləcəyi düşüncəsi "Mançester Yunayted" azarkeşləri üçün işgəncə idi. Ronaldo Premyer Liqada özünü yaxşı göstərmək, kuboklar və şəxsi mükafatlar qazanmaq üçün gələcək. Ancaq bu, fərqli Ronaldodur, hamı bunu anlamalıdır".

0 comments