"Bu, tarix yazmaq üçün bir şansdır"


"Futbolçular əla oynadılar. Bu təzyiq altında bu qədər yaxşı oynamaq təsiredicidir. Komanda ruhu yüksək səviyyədə idi. Meydanda kim olursa, olsun, komandamız psixoloji baxımdan inanılmaz səviyyədədir. Düşündüyüm əsas şey budur". 90plus.az xəbər verir ki, bu fikirləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt deyib. O, Avro-2020-nin 1/4 finalında Ukrayna ilə oyundan (4:0) sonra fikirlərini bölüşüb: "Bütün futbolçulara oyun şansı verməyə çalışıram. Çünki onların hamısı heyətdən kənarda qalmağa layiq olmayan yaxşı futbolçulardır. Məşqdə əllərindən gələni edirlər, onların səviyyələrinin mənim seçimimlə heç bir əlaqəsi yoxdur. Sadəcə heyəti müəyyən matçlara uyğun tənzimləməliyik. Bütün oyunçular əladır. Bu gün matç boyu möhtəşəm çıxış etdilər. Gözəl bir fürsətimiz var. Bu, tarix yazmaq üçün bir şansdır. Heç vaxt Avropa çempionatının finalında olmamışıq". Qeyd edək ki, İngiltərə yarımfinalda Danimarka ilə üz-üzə gələcək.

0 comments