"Bu tarixi yeniləmək üçün uzun illər lazımdır" - Hacı Əliyev


Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev özünün "İnstaqram" hesabında paylaşım edib.

90plus.az xəbər verir ki, üçqat Avropa çempionu və budəfəki qitə birinciliyində 2-ci olan 31 yaşlı idmançı yazıb:



"Azərbaycanın güləş tarixində yeganə 3 qat dünya çempionu olmağım təsadüf deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm. Bu tarixi yeniləmək üçün uzun illər lazımdır. Paris-2024 Yay Olimpiya Oyunlarınadək bu tarixi özüm də dəyişə bilərəm".

0 comments