"Bu titul mənə aid deyil" - Naqelsmann

"Bavariya"nın baş məşqçisi Yulian Naqlesmann Almaniya Superkubokunda "Borussiya"ya Dortmund qalib gəldikləri matçı (3:1) şərh edib.


90plus.az xəbər verir ki, mütəxəssis bu qələbəni ötən mövsüm görülən işlərin bəhrəsi kimi qiymətləndirib:

"Qalibiyyəti qeyd etmək üçün çox vaxtımız yoxdur. Bu titul keçən mövsümün mükafatıdır. Çünki Hans-Diter Flik komanda ilə Bundesliqanın da qalibi oldu. Xoşbəxtəm, amma bu, titul mənə deyil, başqalarına aiddir".


Qeyd edək ki, Yulian Naqelsman bu yaz Hans Diter-Flikin Münhen təmsilçisindən ayrılmasından sonra kluba baş məşqçi təyin olunub.

0 comments