"Bu uğura bütün komanda yoldaşlarım layiqdir"


"Bu mükafatı komandama həsr edirəm".

90plus.az xəbər verir ki, bunu İdman Araşdırmalar Mərkəzi sorğusuna əsasən 2021/2022 mövsümünün ən yaxşı futbolçusu seçilmiş "Qarabağ"ın futbolçusu Kadi Borges deyib. 26 yaşlı yarımmüdafiəçi son aylar möhtəşəm hisslər yaşadığını bildirib: "Həm çempionluğun qeyd olunması, həm də belə mükafatlara layiq görülməyim xoş hisslər yaradır. Möhtəşəm bir klubu təmsil etdiyim üçün xoşbəxtəm. Mükafatı onlara həsr edirəm. Bu uğura bütün komanda yoldaşlarım layiqdir. Onların dəstəyi olmadan bunu əldə edə bilməzdim. Bu, həm də “Qarabağ” ailəsinin uğurudur". Kadi Borgesin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

0 comments