top of page

"Bu, uşaqlıq arzum idi" - Olivye Jiru

Fransa millisinin hücumçusu Olivye Jiru DÇ-2022-nin 1/8 final matçında - Polşa ilə oyunda (3:1) qollardan birini vuraraq yığma tarixinin ən yaxşı bombardiri olmasına münasibət bildirib.


90plus.az xəbər verir italiyalı jurnalist Alfredo Pedulla onun dediklərini sosial şəbəkə hesabı üzərindən belə çatdırıb:


"Bu, fantastikadır. Uşaqlıq arzum həyata keçdi. Tyerri Anrinin rekordunu qırmağı həmişə arzulamışam. Bunu dünya çempionatının oyunu zamanı bacardığım üçün qürur hissi keçirirəm. Vurduğum qol bizi düzgün oynadığımıza inandırdı... Hə, bir qədər risk etdik. Amma sonradan daha iki qol vura bildik.

Macəra davam edir. Hələ qarşıda uzun yol var. Ancaq Polşa ilə çətin matçda qazandığımız nəticədən zövq almaq haqqımızdır".

Qeyd edək ki, Polşa ilə matçda yığma forması ilə 52-ci qoluna imza atan Jiru Anrinin (51 qol) millidəki rekordunu yeniləyib.

0 comments
bottom of page