top of page

“Bu, xüsusidir” – “Real”ın prezidenti

“Real”ın prezidenti Florentino Peres Madrid təmsilçisinin Klublararası dünya çempionatında qazandığı qələbəni şərh edib.


90plus.az AS nəşrinə istinadən xəbər verir ki, klub rəhbəri bu uğurla fəxr etdiyini bildirib:


“Klublararası dünya çempionatını qazanmaq üçün ilk növbədə Çempionlar Liqasını qazanmaq lazımdır. Bir titul qazanmaq həmişə çətindir, lakin bu, xüsusidir. Çünki dediyim kimi, əvvəlcə Çempionlar Liqasını qazanmalısan. Avropanın, sonra isə dünyanın ən yaxşısı olmaq mənim çox fəxr etdiyim şeydir”.


“Real” tarixində 5-ci dəfə Klublararası dünya çempionatının qalibi olub ki, bu da rekord göstəricidir. Madrid klubu daha əvvəl 2014, 2016, 2017 və 2018-ci illərdə qalib gəlib.

0 comments

Recent Posts

See All
bottom of page