"Bu yol qələbə ilə başa çatdı, amma asan deyildi"


"Qazandığım uğura görə Allaha borcluyam. Bu yol qələbə ilə başa çatdı, amma asan deyildi".

90plus.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Tallison Dias instaqram hesabından yazıb. "Müəyyən vaxtlarda bunun mümkünsüz olacağını düşünürdüm. Ancaq məğlubiyyət olanda Tanrının məni davam etməyə cəsarətləndirdiyini hiss etdim". Braziliyalı oyunçu çempionluq əldə etdikləri üçün çox xoşbəxt olduğunu bildirib. "İnandığımız şeylər üçün mübarizə aparmağa və taleyimizi Allaha etibar etməyə həqiqətən dəyər".

0 comments