Budapeşt yarışa ev sahibliyi edəcək!

2024-cü ildə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkə açıqlanıb.


Bu barədə Avropa Gimnastikasının rəsmi saytı məlumat yayıb.


Turnirin Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacağı bildirilib.


Qeyd edək ki, 2020-ci ildə Avropa çempionatı Ukraynanın paytaxtı Kiyevdə olub. (report.az)




0 comments