"Buffon 50 yaşına qədər oynamağa davam edə bilər''


"Parma"nın qapıçısı Canluici Buffonun agenti Silvano Martina futbolçunun İtaliya klubu ilə müqaviləsinin uzadılmasını şərh edib. 90plus.az xəbər verir ki, o, "Football Italia"ya açıqlamasında bildirib ki, Buffon 50 yaşında qədər oynamaq əzmindədir: “Klub Buffonla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmaq qərarına gəldi. Çünki o, 44 yaşında 10 yaş kiçik kimi işləyir. O, müntəzəm oyuna layiqdir, lakin əksər klubların gənc qapıçılara diqqət yetirməsi və gələcək üçün planlar qurması təbiidir. Buffon formasını qorusa, 50 yaşına qədər oynamağa davam edə bilər. Təbii ki, bu yaşda insanın uzunmüddətli planlar qura bilməyəcəyi bəllidir. Onun həvəs və ehtiras olması vacibdir. Buffon ətrafındakı gənc oyunçulara kömək edir". Qeyd edək ki, 44 yaşlı Buffon ötən gün "Parma" ilə müqaviləni 2 illik uzadıb.

0 comments