top of page

Buffon da Merih Demiralın çağırışına qoşuldu

Türkiyə millisinin üzvü Merih Demiralın ölkədə baş verən zəlzələdən zərərçəkənlər üçün başlatdığı kampaniyaya italiyalı məşhur qapıçı Canluici Buffon ("Atalanta") da qatılıb.


90plus.az xəbər verir ki, bu barədə Demiral öz sosial şəbəkə hesablarında paylaşım edib. Demiral yazıb: "Tarixin ən yaxşı qapıçısı Canluici Buffon kampaniyamıza imzalı əlcəkləri ilə dəstək olur. Əfsanəvi futbolçunun əlcəklərini hərracda satışa çıxarırıq. Əldə olunan gəlir zəlzələdən zərərçəkənlər üçün fonda göndəriləcək". 


Qeyd edək ki, daha əvvəl Merih Demiralın kampaniyasına Leonardo Bonucci ("Yuventus"), Paulo Dibala ("Roma"), Kevin De Brüyne ("Mançester Siti"), Neymar (PSJ), Kərim Benzema ("Real"), Lionel Messi (PSJ), Kriştiano Ronaldo ("Əl-Nəsr), Kilian Mbappe (PSJ), Erlinq Haaland ("Mançester Siti"), Harri Keyn ("Tottenhem"), Antuan Qrizmann ("Atletiko"), Eden Hazard ("Real") və Alvaro Morata ("Atletiko") da qatılıb. Dibala, Bonucci və Kriştianonun forma satışından ümumilikdə 5 milyon Türk lirəsi, Eden Hazard, Alvaro Morata və Kevin de Brüynenin formalarının satışından isəümumilikdə 1 milyon Türk lirəsi qazanılıb. 

0 comments
bottom of page