"Parma"nın qapıçısı Canluici Buffon PSJ-dəki sabiq komanda yoldaşı Canluici Donnarumma haqqında danışıb.
90plus.az xəbər verir ki, 44 yaşlı qolkiper "Marca"ya açıqlamasında Donnarummanın Çempionlar Liqasının 1/8 finalında "Real"la cavab oyununda (1:3) buraxdığı qollara görə tənqid edilməsinin düzgün olmadığını deyib:
“Donnarummanın müdafiə olunmağa ehtiyacı yoxdur. Bu cür səhvlər bəzən faydalıdır. Mən bunu həqiqətən belə hesab etdiyim üçün deyirəm. Bu, inkişaf yolunun bir hissəsidir. Əminəm ki, həmin səhvlərin mənfi nəticəsi olmayacaq. Üstəlik, Donnarumma belə incə epizodları aradan qaldırmaq üçün lazımi gücə malik olduğunu artıq nümayiş etdirib. Donnarumma dünyanın ən yaxşılarından biridir. Düzünü desəm, o, Kurtua və Noyerlə birlikdə ilk 3-lükdədir".