Buffon "Parma"ya qayıda bilər


"Yuventus"dan ayrılan Canluici Buffon sabiq klubu "Parma"ya qayıtmağa yaxındır.


90plus.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. İçində "Beşiktaş"ın da olduğu 5 klub Buffonu heyətinə qatmaq üçün mübarizə aparır. Lakin 43 yaşlı qolkiper məhz "Parma"ya keçməyə yaxındır.


Qeyd edək ki, italiyalı qapıçı "Yuventus"a 2001-ci ildə "Parma"dan transfer olunmuşdu.

0 comments