Buffon “Yuventus”la yollarını ayırır

Canluici Buffon mövsümün sonu “Yuventus”u tərk edə bilər.

90plus.az xəbər verir ki, bu haqda “La Gazzetta dello Sport” məlumat yayıb. 43 yaşlı qapıçı hesab edir ki, hazırda əla formadadır və “Yuventus”dakından fərqli olaraq daha artıq oyun praktikası qazana bilər. O, yeni mövsümdə İtaliya və ya başqa əcnəbi kluba keçməyə hazırdır.

Məsələ ilə əlaqədar Buffonun “Yuventus”un prezidenti Andrea Anyelli ilə görüşü gözlənilir. Bununla bağlı yekun qərarın mayın 23-də “Atalanta”ya qarşı kubokun final matçından sonra veriləcəyi gözlənilir. Əgər Buffon sərfəli təklif almasa, o zaman karyerasını başa da vura bilər.

Qeyd edək ki, daha əvvəl Buffonun karyerasına başladığı “Parma”ya keçəcəyinə dair xəbərlər yayılıb.

0 comments