Buffon zədələndi

İtaliyanın "Yuventus" futbol komandasının qapıçısı Canluici Buffon zədələnib.

90plus.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 43 yaşlı qolkiper belindəki problem səbəbindən A Seriyasının XXVI turunda "Kalyari" ilə matçı buraxıb.


Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb. Turin təmsilçisi "Kalyari"ni 3:1 hesabı ilə məğlub edib.


Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.

0 comments