Buffonun müqaviləsi yenilənə bilər


90plus.az İtaliya mətbuatına istinadən bildirir ki, Buffonun müqaviləsinin uzanması ilə bağlı klubun idman direktoru Fabio Paraticci məlumat verib:


“Buffon əla futbolçudur və öz evindədir. Yeni müqavilə ilə bağlı uyğun bir zamanda danışacağıq. Digər bütün klublar kimi transfer dövründə fürsətləri dəyərləndiririk. Hazırda rəqabətli heyətimiz var”.


Qeyd edək ki, 43 yaşlı qapıçının "Juventus"-la müqaviləsi bu mövsümün sonunda bitəcək.

0 comments