top of page

“Bugünkü oyundan dərs almalıyıq” - Erik ten Haq


"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qalatasaray"la səfərdə heç-heçə etdikləri matç (3:3) haqda danışıb.


90plus.az xəbər verir ki, o, komandasının müdafiəsindən narazı qaldığını deyib: “Biz lider idik, sonra birdən liderliyi itirdik. Oyunumuzdan razıyam. Bununla belə, komandanı müdafiədəki çıxışına görə tənqid etməliyəm. Tez-tez səhv etməməliyik. Bugünkü oyundan dərs almalıyıq.

Ümumiyyətlə, mən çox şadam. Çünki bu komandanın üslubu göz qabağındadır. Aktiv, dinamik və cəsarətliyik. Oyundan razı qaldım, çünki çoxlu qol imkanları yaratdıq. Digər tərəfdən, bu görüşdə qalib gəlməliydik".


O, komandasının yaxşı nəticələr göstərə bilməməsinə görə məsuliyyəti öz üzərinə götürüb: "Komandanın liderliyini itirməsində günahkar kimdir? Həmişə mən. Buna görə yalnız mən cavabdehəm. Biz düzgün istiqamətdə hərəkət edirik. Mən bilirəm ki, biz uzunmüddətli perspektivdə uğur qazanacağıq”.


Qeyd edək ki, 5-ci tur matçından sonra "Qalatasaray" xallarının sayını 5-ə çatdıraraq A qrupunda 2-ci pilləyə yüksəlib. “Mançester Yunayted” isə sonuncu yerdədir. Erik ten Haqın komandasının 4 xalı var.

0 comments
bottom of page