"Buna görə utanmalısınız, mister Mallok" - Vircil van Deyk

Niderland millisinin kapitanı Vircil van Deyk "Mirror" nəşrinin onun yığmanın baş məşqçi postuna əsas namizədə - Lui van Qala qarşı çıxmasıyla bağlı yaydığı informasiyaya reaksiya verib.

90plus.az xəbər verir ki, van Deyk şəxsi "Twitter" hesabında həmin məqalənin müəllifini hədəfə alıb:


"Bu məqalə ağ yalandır. Jurnalist üçün həqiqəti demək və özündən ssenari yazmamaq çox önəmlidir. Buna görə utanmalısınız, mister Mallok".


Xatırladaq ki, Niderland yığması AVRO-2020-nin 1/8 finalında Çexiyaya uduzaraq (0:2) mübarizəni dayandırıb. Qitə birinciliyinin ardından "narıncılar"ın çalışdırıcısı Frank de Bur postuyla vidalaşıb.


Van Qal 2000-2001 və 2012-2014-cü illərdə Niderland seçməsini çalışdırıb. Onun rəhbərliyi altında komanda 2014-cü ildə keçirilən dünya çempionatının bürünc medallarını qazanıb. Sözügedən çalışdırıcı 2016-cı ildə "Mançester Yunayted"dən göndəriləndən bəri işsizdir.

0 comments