“Bundan istifadə etməmək günah olardı” – “Sumqayıt”ın yeni baş məşqçisi

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Belarus mətbuatına açıqlama verib.

90plus.az xəbər verir ki, STV telekanalına danışan Baqa, Azərbaycan təmsilçisini seçmə səbəbini açıqlayıb:


“Sumqayıt”ı sadə səbəbdən seçdim. Demək olar ki, ən yaxşı təklif bu idi. Klub rəhbərliyi ilə görüşəndən sonra böyük bir layihə olduğunu gördüm. Belə maraq olan təqdirdə, bundan istifadə etməmək günah olardı. Komandamızda 8 oyunçu milliyə çağırılıb. İşləmək üçün yaxşı material və maraqlı çempionat mövcuddur. “Sumqayıt”da iz buraxmaq istəyirəm”.


Baqa “Sumqayıt”la 2,5 illik müqavilə imzalayıb.

0 comments