"Bundan yaxşı bir an düşünə bilmirəm" - Messi

"İllər keçdikcə bu kuboku qazanmağa yaxınlaşırdıq. Bunun nə vaxtsa olacağını bilirdim".


90plus.az xəbər verir ki, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi Amerika kubokunun finalında Braziliyaya qalib gəldikləri oyundan (1:0) sonra deyib.


34 yaşlı hücumçu milli komanda ilə qazandığı ilk kubokun sevincini bölüşərkən bunları bildirib:


"Amerika kubokunu Braziliyada bu ölkənin millisinə qalib gələrək qazandıq. Xoşbəxtliyimizi sözlə başa sala bilmərəm. Bundan yaxşı bir an düşünə bilmirəm. Bu komanda həqiqətən kuboku qazanmağa layiq idi. Heyrətamizdir, biz xoşbəxtik”.

0 comments