
Almaniya Bundesliqasında 18-ci turun oyunları davam edir.
90plus.az xəbər verir ki, “Bayer” bu turda “Yunion”u sınağa çəkib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Leyptsiq” isə “Maynts”la oyunda darmadağına sevinib. Dortmund “Borussiya”sı çətin “Ayntraxt” (Frankfurt) səfərindən əzmkar qələbə ilə dönüb. Qeyd edək ki, hazırda turnir cədvəlinə 43 xalla "Bavariya" rəhbərlik edir. Dortmund "Borussiya"sı 37 xalla 2-ci, "Hoffenhaym" isə 31 xalla 3-cüdür. Almaniya Bundesliqası, 18-ci tur 8 yanvar "Bayer" – "Yunion" - 2:2 Qol: Şik, 38. Ta, 84 – Promel, 45; 50. "Qroyter" – "Ştutqart" - 0:0 "Leyptsiq" – "Maynts" - 4:1 Qollar: A.Silva, 21-pen; 61. Soboslai, 47. Nkunku, 58 – Li, 57. "Frayburq" – "Arminiya" - 2:2 Qollar: Haberer, 6. Yonq, 46 – Okuqava, 60. Lasme, 87. "Hoffenhaym" – "Auqsburq" - 3:1 Qollar: Bebu, 38; 44. Raum, 90+3 – Qreqoritş, 5. "Ayntraxt" – "Borussiya" (Dortmund) - 2:3 Qollar: Borre, 15; 24 – Hazard, 71. Bellingem, 87. Dahud, 89.