top of page

Bundesliqa klubu 29 ildən sonra Ştrayxla yolları ayıracaq


Almaniya Bundesliqasında çıxış edən "Frayburq” 29 il klubla addımlayan, baş məşqçisi Kristian Ştrayxla mövsüm sonunda yolları ayıracaq.


90plus.az xəbər verir ki, Ştrayx özü bu barədə klubun saytına açıqlama verib:


"Uzun zaman düşündüm və bir çox insanla danışdım. 29 ildən sonra inanıram ki, indi yeni insanlara və yeni imkanlara yer açmağın zamanıdır".


Futbolçu karyerası ərzində də "Frayburq"da da çıxış edən 58 yaşlı Ştrayx 1995-ci ildə klubun infrastrukturunda məşqçi kimi fəaliyyətə başlayıb. 1996-cı ildə "Frayburq"un 19 yaşadək futbolçulardan ibarət komandasına məşqçi təyin olunan mütəxəssis 2007-ci ildə əsas komandada köməkçi məşqçi təyin olunub.

2011-ci ildən isə baş məşqçi kimi çalışır.


Qeyd: "Frayburq" hazırda Bundesliqada 9-cu pillədədir.

0 comments
bottom of page