Bundesliqa klubu azarkeşləri polisə şikayət edir

Almaniyanın "Şalke" klubu azarkeşləri barədə polisə şikayət edəcək.

90plus.klubun rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların futbolçulara hücum etməsi səbəb olub.


Komanda Bundesliqanın XXX turunda "Arminiya"ya 0:1 hesabı ilə uduzub və 1988-ci ildən sonra ilk dəfə əsas çempionatı tərk edəcək. Oyundan sonra azarkeşlər futbolçulara yumurta atıb və onlardan bir neçəsinə hücum edib.


Nəticədə klub məşqləri aprelin 26-da bərpa etməyi qərara alıb. "Şalke" məsələ ilə bağlı istintaqa kömək edəcəyini də açıqlayıb.


Qeyd edək ki, "Şalke" turnir cədvəlində 13 xalla 18-ci pillədə qərarlaşıb. Komanda sona 4 tur qalmış 16-cı sıradakı "Herta"dan 13 xal geridədir.


0 comments