Bundesliqa klubunda kütləvi yoluxma halı qeydə alınıb


"Leyptsiq" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. 90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, daha 6 nəfərin testi müsbət çıxıb. Onlardan dördü futbolçu, biri məşqçi, digəri isə işçidir. Beləliklə, klubda infeksiya aşkarlanan şəxslərin sayı 9-a çatıb. Daha əvvəl baş məşqçi Cessi Marşın da koronavirusa yoluxduğu bəlli olub. Qeyd edək ki, "Leyptsiq" Bundesliqanın XIII turunda noyabrın 28-də "Bayer" (Leverkuzen) komandasını qəbul edəcək.

0 comments

Recent Posts

See All