Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Volfsburq” komandasının yeni baş məşqçisi müəyyənləşib.

90plus.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Florian Kofeldt çalışdıracaq.


Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.


Florian Kofeldt bu komandada bir neçə gün öncə istefaya göndərilmiş Mark van Bommeli əvəz edib. Almaniyalı mütəxəssis daha öncə “Verder”ə rəhbərlik edib.


“Volfsburq” bu mövsüm Bundesliqada 9 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.

0 comments

Recent Posts

See All