top of page

Bundesliqa təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirdi

"Leyptsiq" "Hoffenhaym"ın və Avstriya millisinin hücumameyilli yarımmüdafiəçisi Kristof Baumqartneri transfer edib.


90plus.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu klubu ilə 5 illik müqavilə imzalayıb.


Bu transfer üçün "Leyptsiq" "Hoffenhaym"a 27 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Baumqartner ötən mövsüm Bundesliqada 33 oyunda 7 qol vurub və 7 qolun ötürməsini verib.



0 comments
bottom of page