Bundesliqa təmsilçisində koronavirus şoku

Bundesliqa təmsilçisi "Köln"də futbolçular, məşqçilər və klubun əməkdaşları koronavirus testindən keçiblər.



90plus.az klubun saytına istinadən xəbər verir ki, testin nəticəsinə əsasən, üç nəfərdə koronavirus aşkarlanıb. Həmin şəxslərin 2 həftə karantində olacağı vurğulanıb.


Koronavirusa yoluxanların futbolçu və ya klubun əməkdaşı olduğu dəqiqləşməyib.


Komandanın ehtiyat tədbirlərinə riayət edərək məşqlərə davam edəcəyi vurğulanıb.

0 comments