Bundesliqada baş məşqçi qovuldu

"Arminiya" rəhbərliyi baş məşqçi Uve Noyxausu istefaya göndərib.


90plus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Baş məşqçi Uve Noyxausun komandanın ölkə çempionatında uğursuz çıxışına görə qovulduğu bildirilib. Həmçinin, 62 yaşlı mütəxəssislə yanaşı, onun köməkçisi Peter Nemet də işdən çıxarılıb.


Qeyd edək ki, Uve Noyxaus 2018-ci ildən "Arminiya"da işləyirdi. Bilefeld təmsilçisi bu mövsüm onun baş məşqçiliyi altında 18 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

0 comments