Bundesliqada pley-off sistemi tətbiq oluna bilər


Almaniya Bundesliqasında pley-off sistemi tətbiq oluna bilər. 90plus.az "Sport1" nəşrinə istinadən xəbər verir ki, bu ideya ilə Almaniya Futbol Liqasının (DFL) yeni icraçı direktoru Donata Holfen çıxış edib. Qadın funksioner bildirib ki, bu yolla ölkə çempionatında rəqabətin səviyyəsini qaldırmaq olar. DFL rəsmisi tezliklə klublarla bu məsələ ilə bağlı açıq müzakirələr aparılacağını vurğulayıb. Qeyd olunub ki, "Bayern" və "Borussiya" (Dortmund) klubları təklifi nəzərdən keçirməyə hazırdırlar. Digər Bundesliqa təmsilçiləri isə bu ideyaya qarşı çıxıblar.

0 comments

Recent Posts

See All