"Bunu bacardığımız üçün fəxr edirəm"- İsveçrənin çalışdırıcısı


"Düşünürəm ki, meydana ən yaxşı komandanı buraxmışdım. Əlbəttə, dəyişiklik etmişdim. Türkiyə yığmasına sürpriz etmək istəyirdim. Bunu bacardığımız üçün fəxr edirəm".

90plus.az -ın məlumatına görə, bu fikirləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Türkiyə yığmasına 3:1 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin A qrupunun sonuncu - III tur matçından sonra mətbuat konfransında deyib.

58 yaşlı mütəxəssis qrup oyunları zamanı çox səfər etdiklərini bildirib: "Futbolçularıma təşəkkür edirəm. Heç biri uzun səfərlərdən şikayətlənmədi. Çox nikbinəm. Ümid edirəm ki, 1/8 finalda olacağıq".

Petkoviçin sözlərinə görə, oyun vaxtı xüsusi hisslər keçirməyib: "Hamımız matça köklənmişdik. Düzdür, 3 qol vurduq. Amma bir çox şansdan istifadə edə bilmədik. Əla olmasa da, yaxşı oyun idi. Sabah Bakıda məşqimiz olacaq. Bundan sonra Romaya gedəcəyik".

0 comments